. : MƏTBUAT BÜLLETENİ

 
[28.07.08]
İyulun 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK-nın sədri Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan  edilməsi haqqında məsələylə bağlı məlumat vermişdir. O, bildirmişdir ki, Seçki Məcəlləsinin tələbinə görə, seçkilər səsvermə gününə azı 75 gün qalmış elan edilməli olsa da, MSK üzvlərinin yekdil rəyi belə olmuşdur ki, seçkiləri bu gün elan edilsin.  Mərkəzi Seçki Komissiyası bu günə qədər prezident seçkilərinə hazırlıqla bağlı xeyli iş görmüşdür. Seçicilərin siyahıları tərtib edilmiş və dəqiqləşdirilmiş, dairə seçki komssiyalarında  katibliklər yaradılmış və fəaliyyətə başlamış, aşağı seçki komissiyalarının iş şəraiti yaxşılaşıdırlımış, onların əksəriyyəti üçün  yeni binalar tikilmiş, seçicilər, aşağı seçki komissiyalarının üzvləri və KİV nümayəndələri üçün genişmiqyaslı maarifləndirmə proqramı həyata keçirilmiş, beynəlxalq qurumlarla birgə layihələr gerçəkləşdirilmiş, Seçki Məcəlləsinin “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişikliklər və əlaəvələr haqqında” Qanun nəzərə alınmaqla yeni variantı nəşrə hazırlanmış və çap olunmuş,  seçkilərin hazırlanmasını həyata keçirmək üçün zəruri olan normativ-hüquqi aktlar bazası təkmilləşdirilmiş,  normativ xarakterli aktlar qəbul edilmiş və ictimailəşdirilmiş, həmin sənədlərdən ibarət toplu hazırlanmış və çap edilmiş, seçki komissiyalarının fəaliyyəti, tərkibi, seçici siyahıları barədə məlumatlar və seçki sənədləri MSK-nın rəsmi internet səhifəsində yerləşdirilmişdir. O, qeyd etmişdir ki, ölkədə ədalətli seçkilərin keçirilməsi üçün vacib olan mütərəqqi hüquqi baza, ictimai-siyasi sabitlik, demokratik şərait və siyasi iradə mövcuddur. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 178.1-ci maddəsinə görə, Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Komissiya sədri MSK üzvlərini Azərbaycan Respublikasında Prezident seçkilərinin elan edilməsi barədə qərar layihəsi ilə tanış etmişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 15 oktyabr 2008-cil Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü elan edilsin.
MSK katibi Natiq Məmmədov isə Azərbaycan Respublikasının Prezidenti seçkilərinin hazırlanlb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planının təsdiq edilməsinə dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyaslı Təqvim planının təsdiq edilməsi barədə qərar çıxarmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-nin Bakı ofisinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


[04.07.08]
İyulun 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir.
Komissiyanın sədri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Qanunun qəbulunu çox mütərəqqi bir addım adlandırmış və qeyd etmişdir ki, bu Qanun seçki praktikasının təkmilləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. O, həmin sənədin qarşıdan gələn prezident seçkilərinin daha demokratik və ədalətli keçirilməsində əhəmiyyətli rol oynayacağını qeyd etmiş və sözügedən qanunun layihəsini Milli Məclisə təqdim edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Qanunu qəbul etmiş Azərbaycan Respublikasının Milli Məclisinə təşəkkürünü bildirmişdir.
Sonra MSK-nın 10 iyun 2008-ci il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bəzi normativ xarakterli aktların qəbuluna dair məsələ barədə məlumat vermişdir. Komissiyanın qərarı ilə bəzi normativ xarakterli aktlar qəbul olunmuş və müvafiq seçkilərin hazırlanıb keçirilməsi üçün qəbul edilmiş və eyni münasibətləri tənzim edən normativ xarakterli aktlar qüvvədən düşmüş hesab edilmişdir.
MSK sədrinin müavini Svetlana Qasımova bəzi seçki dairələrinin dislokasiyalarında dəyişikliklərə dair məsələ barədə məlumat vermişdir. Qərara alınmışdır ki, 72 saylı Yardımlı – Masallı, 78 saylı Lerik – Lənkəran, 84 saylı Fizuli və 102 saylı Samux – Şəmkir seçki dairələrinin dislokasiyalarında dəyişkiliklər edilsin.
MSK  5 saylı Şahbuz – Babək, 20 saylı Nərimanov ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci(Gəncə), 49 saylı Yevlax – Mingəçevir və   59 saylə Salyan seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişkliklər edilməsi haqqında da qərarlar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, qəbul etdiyi sənədlər və seçki qanunvericiliynə dair digər məlumatları əldə etmək istəyən şəxslər MSK-nın rəsmi internet səhifələrinə müraciət edə bilərlər.  Komissiyanın internet səhifələrində həmçinin seçici siyahıları ilə tanışlıq və adların vahid seçici siyahısında olub-olmamasını yoxlanması da mümkündür. MSK-nın internet ünvanı belədir: www.msk.gov.az; cec.gov.az; infocenter.gov.az

Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası